...

Ərdoğan: "Qarabağda zülmə məruz qalan azərbaycanlı qardaşlarımızın acısını qəlbimizlə hiss edirik"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Mart 2015 16:20 (UTC +04:00)
“Bizim üçün Qarsdakı, İğdırdakı vətəndaşımızla Naxçıvandakı qardaşımız arasında heç bir fərq yoxdur”.
Ərdoğan: "Qarabağda zülmə məruz qalan azərbaycanlı qardaşlarımızın acısını qəlbimizlə hiss edirik"

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir Rufiz Hafizoğlu/

"Qarabağda zülmə məruz qalan azərbaycanlı qardaşlarımızın acısını qəlbimizlə hiss edirik". Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Qarsda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan texniki liseyin açılış mərasimində çıxışı zamanı deyib.

O, qeyd edib: "Bizim üçün Qarsdakı, İğdırdakı vətəndaşımızla Naxçıvandakı qardaşımız arasında heç bir fərq yoxdur".

R.T.Ərdoğan bildirib ki, Türkiyə heç bir dövlətlə düşmənçilik etmək niyyətində deyil: "Türkiyə və Azərbaycan olaraq, hər zaman bir yerdə olacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti