...

Azərbaycan-Ermənistan sərhədində vəziyyət yenidən gərginləşib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Aprel 2015 09:47 (UTC +04:00)
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 49 dəfə pozub.
Azərbaycan-Ermənistan sərhədində vəziyyət yenidən gərginləşib

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir İlkin İzzət/

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 49 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Ermənistanın Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz atəşə məruz qalıb.

Həmçinin Ermənistanın Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində və düşmənin Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Bundan əlavə, Ağdam rayonunun Şıxlar, Şuraabad, Qaraqaşlı, Sarıcalı, Novruzlu, Baş Qərvənd, Mərzili, Cəvahirli, Yusifcanlı, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Qeyd edək ki, dünən Azərbaycan-Ermənistan sərhədində hər hansı insident qeydə alınmamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti