...

İtkin düşmüş Azərbaycan hərbçilərinin meyitləri tapılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 İyun 2015 15:34 (UTC +04:00)
İyunun 23-də itkin düşmüş hərbçilərin meyiti tapılıb.
İtkin düşmüş Azərbaycan hərbçilərinin meyitləri tapılıb

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İlkin İzzət/

İyunun 23-də itkin düşmüş hərbçilərin meyiti tapılıb.

Trend-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyunun 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində qoşunların təmas xəttində, dağ-meşə şəraitində yolu azan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik çavuş Musayev Musa Sabir oğlu və kiçik çavuş Yolçuyev Tural Sahib oğlunun axtarışları Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

İyunun 25-də hərbi qulluqçuların meyitləri qarşı tərəfdə minalanmış sahədə aşkar edilib.

Görülən tədbirlər nəticəsində cəsədlər ərazidən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti