...

"Azərbaycan Minsk qrupu ilə işləyərkən erməniyönümlü institutla üzbəüz qalır"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Noyabr 2015 20:35 (UTC +04:00)
Azərbaycan ATƏT-in Minsk qrupu ilə işləyərkən demək olar ki, erməniyönümlü institutla üzbəüz qalır.
"Azərbaycan Minsk qrupu ilə işləyərkən erməniyönümlü institutla üzbəüz qalır"

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir Anaxanım Hidayətova/

Azərbaycan ATƏT-in Minsk qrupu ilə işləyərkən demək olar ki, erməniyönümlü institutla üzbəüz qalır. Bunu Trend-ə Moldova İctimai Palatasının prezidenti Aureliya Qriqoriu deyib.

O, Minsk qrupunun işini olduqca mənfi qiymətləndirir: "Minsk qrupuna Azərbaycan və Ermənistana qarşı neytral mövqedə olan ölkələr daxil olmalıdırlar. Həmsədrlər Dağlıq Qarabağ münaqişəsini Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsini tələb edən beynəlxalq hüquq normaları baxımından nəzərdən keçirməlidirlər".

A.Qriqoriu güman edir ki, Minsk qrupu Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz rejimin Ermənistanın xeyrinə möhkəmlənməsinə imkan yaratmaq üçün sadəcə vaxtı uzadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti