...

Azay Quliyev: Həmsədrlər özlərinin əsl mahiyyətini bir daha nümayiş etdirdilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Yanvar 2016 00:18 (UTC +04:00)

Bakı. Trend:

ATƏT-in Minsk qrupunun həmsədrləri amerikalı Ceyms Uorlik, rusiyalı İqor Popov və fransalı Pyer Andryunun bu gün yaydığı bəyanatla özlərinin əsl mahiyyətini bir daha nümayiş etdirdilər. Trend-in məlumatına görə, bunu mətbuata açıqlamasında ATƏT PA-nın Büro üzvü, Siyasi məsələlər komitəsinin sədr müavini, deputat Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, üçlük AŞPA-nın gələn həftə keçirilən sessiyası zamanı Robert Volterin müəllifi olduğu "Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarında zorakılıq hallarının artması" və Militsa Markoviçin müəllifi olduğu "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi" adlı hesabatlarının müzakirəsindən narahat olduqlarını ifadə ediblər: "Hər iki hesabat Azərbaycanın ədalətli mövqeyini birmənalı dəstəklədiyindən Ermənistanı çox ciddi narahat edir. Minsk qrupunun həmsədrləri Ermənistanı belə bir çətin vəziyyətdən çıxarmaq üçün tam heyətdə səfərbər olublar. Belə ki, troyka (indiki halda bunlar daha çox üç muşkutyoru xatırladır) hesab edir ki, Ermənistan-Azərbaycan münaqişəsi başqa müstəvidə və onların iradəsindən kənar müzakirə edilə bilməz. Bununla həmsədrlər münaqişənin həllində deyil, onu öz monopoliyalarında saxlamaqda daha çox maraqlı olduqlarını yenidən təsdiq etmiş oldular".

Deputatın fikrincə, ABŞ, Fransa və Rusiyanın Ermənistanı müdafiə etməsi və status kvonun dəyişməsi üçün heç bir əməli addım atmaması bizim üçün yeni hadisə deyil, lakin bunu belə açıq formada ifadə edilməsi siyasi riyakarlığın ən son pilləsidir: "Həmsədrləri Ermənistanın lobbiçilləri səviyyəsinə endiyini görmək bu qurum adına ən böyük rəzalətdi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti