...

Təmas xəttində monitorinq insidentsiz başa çatdı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Yanvar 2016 15:34 (UTC +04:00)
Qoşunların təmas xəttində monitorinq keçirilib.
Təmas xəttində monitorinq insidentsiz başa çatdı

Bakı. Trend:

Qoşunların təmas xəttində monitorinq keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 26-da Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Peter Svedberq keçiriblər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Jiri Aberle və Saymon Tiller keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti