Əli Həsənov: "Ölkəmizdə yalnız bir məsələ - Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır"

Əli Həsənov: "Ölkəmizdə yalnız bir məsələ - Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır"

Bakı. Trend:

Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Quzanlı qəsəbəsində Ağdam, Laçın, Xocalı və Xocavənd rayonları ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Komitədən Trend-ə verilən məlumata görə, görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Görüşdə çıxış edən Ə.Həsənov Nazirlər Kabinetinin ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş iclasında və regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasına dair konfransda Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqları və müəyyənləşdirilən prioritet istiqamətləri diqqətə çatdırıb. Baş nazirin müavini bildirib ki, ötən il dünyada həm iqtisadi, həm də siyasi baxımdan böhranlı il kimi yadda qalıb. Dünyada mövcud münaqişələrin həllində heç bir irəliləyiş olmayıb, əksinə, yeni münaqişə ocaqları yaranıb, qaçqın və miqrantların sayı artıb.

Ə.Həsənov qeyd edib ki, dünyada iqtisadi böhran 2008-ci ildən başlasa da, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanda bu böhran hiss edilmədi. Yalnız neftin qiymətinin 4 dəfə ucuzlaşmasından sonra manatın məzənnəsi aşağı düşdü. Bütün bunlara baxmayaraq, ötən il Azərbaycan iqtisadiyyatı inkişaf edib, sosial proqramlar icra olunub. Ümumdaxili məhsul 1,1 faiz, sənaye 2,4 faiz, kənd təsərrüfatı 6,6 faiz, qeyri-neft sektoru 8,4 faiz artıb. Ötən il 60 tibb obyekti və 20 məktəb tikilib, məcburi köçkünlər üçün 5 yeni qəsəbə salınıb, 100 min yeni iş yeri açılıb.

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla icra edilməsinin dinamik sosial-iqtisadi inkişafa yol açdığını vurğulayan Komitə sədri məlumat verib ki, son 12 ildə ölkəmizdə 25 elektrik stansiyası tikilib, şəhərlərin 90 faizi, rayonların isə 80 faizi təbii qazla təmin olunub. Həmin müddətdə 10 min kilometrdən çox magistral yollar çəkilib, içməli su layihələri həyata keçirilib, Şəmkirçay, Taxtakörpü su anbarları inşa edilib, Ceyranbatan gölündə sutəmizləyici qurğular tikilib. Regionlarda 41 olimpiya kompleksi, 3 min məktəb, 600 xəstəxana inşa olunub və ya əsaslı şəkildə yenidən qurulub.

Qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə Prezident İlham Əliyevin diqqət və qayğısından danışan Ə.Həsənov bildirib ki, bu kateqoriyadan olan insanlar üçün respublikanın şəhər və rayonlarında bütün sosial-texniki infrastruktura malik 94, o cümlədən son 12 ildə 89 müasir qəsəbə və yaşayış kompleksi salınıb, 250 min məcburi köçkün yeni evlərə köçürülüb.

Manatın devalvasiyasından sonrakı vəziyyətə toxunan komitə sədri qeyd edib ki, bundan istifadə etməyə çalışan bəzi işbazlar ölkədə süni qiymət artımı yaratmağa cəhd göstərdilər. Lakin bu halların qarşısı dərhal alındı. Görülən tədbirlər sayəsində unun və çörəyin qiyməti ucuzlaşdı. Dövlətimizin başçısının sərəncamları ilə maaşlar, pensiyalar və sosial müavinətlər artırıldı. Ölkədə əsaslı struktur islahatlarına başlanıldı.

Ə.Həsənov qeyd edib ki, dövlətimizin başçısı məmurlara xəbərdarlıq edib, onlara ciddi tapşırıqlar verib. Belə ki, dövlət məmurları xalqın xidmətçisi olmalı, vətəndaşlara qayğıkeş münasibət bəsləməli, onların problemlərinin qanun çərçivəsində həllinə kömək etməlidirlər. Komitə sədri diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu ən mühüm məsələlərdən biri də sahibkarlığın inkişafıdır. İş adamlarına lazımi şərait yaradılmalı, onlara kömək göstərilməli, bütün maneələr aradan qaldırılmalıdır. Digər ümdə vəzifə ərzaq təhlükəsizliyinin təmin edilməsi, istər kənd təsərrüfatı, istərsə də sənaye məhsullarının rəqabətqabiliyyətli olmasıdır. Eyni zamanda, ixracyönümlü məhsulların istehsalına xüsusi diqqət ayrılmalı, idxaldan asılılıq azaldılmalı, inhisarçılığın qarşısı alınmalıdır. İstifadəsiz torpaqlar kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməlidir.

Baş nazirin müavini bildirib ki, dövlətimizin başçısının verdiyi bütün tapşırıqlar insan amilinə yönəldilib. Dövlət xalq üçün çalışır. Atılan bütün addımlar əhalinin rifah halının daha da yaxşılaşmasına xidmət edir. Ona görə də xalqla Prezident arasında monolit birlik var. Komitə sədri deyib ki, ölkəmizdə yalnız bir məsələ - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır. Münaqişənin uzanmasının bəzi qüvvələrin maraqlarına xidmət etdiyini vurğulayan Ə.Həsənov bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi üçün iqtisadiyyat və ordu daha da gücləndirilməlidir.

Daha sonra Milli Məclisin deputatı Bəxtiyar Sadıqov çıxış edərək, dünyadakı iqtisadi-siyasi böhrandan, bu proseslərin Azərbaycana təsirindən danışıb. Bildirib ki, qlobal böhranın təsirlərini azaltmaq üçün Azərbaycanda lazımi tədbirlər görülür. Xalq dövlətə, Prezidentə inanır, görülən tədbirləri dəstəkləyir.

Görüşdə çıxış edən Ağdam rayonundan məcburi köçkün Əvəz Mikayılov, Laçın rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Arif Feyzullayev, Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev və Xocavənd rayonundan məcburi köçkün Oqtay Göyüşov göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, eyni zamanda bəzi mövcud problemlərdən söz açıblar. Ağdam rayonunun Ayaq Qərvənd kəndinə gedən yolun asfaltlanması, Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşmış laçınlı məcburi köçkünlər üçün evlərin inşası, Goranboy rayonunda məskunlaşan Xocalıdan olan məcburi köçkünlərin suvarma suyuna olan tələbatının ödənilməsi, Beyləqan rayonu ərazisində məskunlaşmış xocavəndli məcburi köçkünlərə pay torpaqlarının verilməsi ilə bağlı müraciətlər edilib.

Baş nazirin müavini Ağdam, Laçın, Xocalı və Xocavənd rayonlarından olan məcburi köçkünlərin problemləri ilə maraqlanıb, onların suallarını cavablandırıb.

Ermənistanda Sergey Lavrovun səfərinə qarşı etiraz aksiyası keçirilib
Ermənistanda Sergey Lavrovun səfərinə qarşı etiraz aksiyası keçirilib
Dünya Prokurorlarının 29-cu İllik Konfransı və Ümumi Yığıncağı Bakıda keçiriləcək (FOTO)
Dünya Prokurorlarının 29-cu İllik Konfransı və Ümumi Yığıncağı Bakıda keçiriləcək (FOTO)
Psixoloq ixtisası üzrə zabit təkmilləşdirmə kursunun dinləyiciləri üçün növbəti məşğələlər keçirilib (FOTO)
Psixoloq ixtisası üzrə zabit təkmilləşdirmə kursunun dinləyiciləri üçün növbəti məşğələlər keçirilib (FOTO)
Loading Bars
Xəbər lenti
"Çelsi" futbol klubu Çempionlar Liqasının finalına yüksəlib
İmişlidə evdə yanğın olub
Mingəçevir Dövlət Universitetində "Heydər Əliyev: Vətənimiz Azərbaycana həsr olunmuş ömür" mövzusunda dəyirmi masa keçirilib (FOTO)
ATƏT-in Minsk Qrupu saxlanılan ermənilərin Azərbaycan tərəfindən sərbəst buraxılmasını alqışlayıb
Ermənistanda Sergey Lavrovun səfərinə qarşı etiraz aksiyası keçirilib
Qəbələdə minik avtomobilləri toqquşub, ölən var
Kommunikasiya yollarının açılması Ermənistan üçün prioritet məsələ olmalıdır - Paşinyan
Qırğızıstanda ölkə hökuməti Nazirlər Kabineti ilə əvəz olunub
30 il ərzində heç bir müsbət irəliləyişə nail olmayan Minsk Qrupuna artıq gərək yoxdur - TƏHLİL
Milli Məclisin Sədri Sahibə Qafarova Gürcüstanın Baş naziri ilə görüşüb (FOTO)
Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb (FOTO)
Bu şəxslərə özünütəcrid müddəti başa çatandan sonra SMS gəlməyə bilər
Ombudsman Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair HESABAT hazırlayıb
Dünyada aviadaşımalara tələb 7 faizdən çox artıb
Azərbaycan və gürcü xalqları tarix boyu dostluq, əmin-amanlıq şəraitində yaşayıblar - Əli Əsədov
Azərbaycanla üç ölkə arasında Birgə Komissiyaların tərkibi təsdiqlənib
“Startap üçün yeni imkanlar” mövzusunda məlumatlandırıcı vebinar keçiriləcək
Qrız, Şahdağ və Xınalıqda qar yağıb - FAKTİKİ HAVA
Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə görüşüb (ƏLAVƏ OLUNUB) (FOTO/VİDEO)
“Əsas Məsələ”də Ermənistandakı erkən seçkilərə hazırlıq və bu ölkədəki mövcud xaos müzakirə olunub (VİDEO)
Neft milyonçusu Murtuza Muxtarovun qətli ilə bağlı bədii-sənədli film hazırlanıb (FOTO/VİDEO)
Putinlə Ərdoğan Qarabağı müzakirə edib
Türkiyəyə dəstək: UNEC ailəsi hər zaman qardaş Türkiyənin yanındadır
Aylıq 38 AZN-dən başlayan ödəniş!
Bu il Azərbaycan azad edilmiş ərazilərin bərpasına 1,5 milyard dollar vəsait qoyacaq - Nazir
Bakıda MTK-nın məsul şəxsi 5000 manat cərimələndi (FOTO)
“Azpetrol” Ramazan bayramı münasibətilə müsəlmanları təbrik edir
Dünya Prokurorlarının 29-cu İllik Konfransı və Ümumi Yığıncağı Bakıda keçiriləcək (FOTO)
Gəncədə evləri su basdı, FHN əməkdaşları əraziyə cəlb edildi (VİDEO)
Bakıda istismara yararsız 108 bina var - RƏSMİ
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fikrət Qocanın vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
İranda koronavirusun bir neçə ştammı aşkarlanıb
ABŞ Azərbaycanın 3 ermənini azad etməsini alqışlayır
Azərbaycan xalçaçıları peşə bayramını qeyd edirlər (FOTO)
Bakı məktəbləri arasında yeni layihəyə start verilib
Azərbaycan üç ermənini azad etməklə növbəti dəfə humanistliyini göstərdi - Deputat
Psixoloq ixtisası üzrə zabit təkmilləşdirmə kursunun dinləyiciləri üçün növbəti məşğələlər keçirilib (FOTO)
Ticarət obyektində aparılan qanunsuz tikinti dayandırılıb
Türkiyəyə müalicəyə göndərilən daha 2 qazimiz ölkəyə qayıtdı (FOTO)
Bakıda yük maşını yanıb
AQTİS və Argus-Fito sistemi arasında məlumat mübadiləsinin həyata keçirilməsi istiqamətində texniki işlər davam edir
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2 074 nəfər COVID-19-dan sağalıb, 1 080 nəfər yoluxub
Azərbaycana külli miqdarda narkotik keçirmək istəyən şəxslər yaxalandı (FOTO)
Vətən müharibəsi qəhrəmanlarına güzəştlər edilir – Məcəlləyə dəyişiklik
Yerin ətrafında uçuşlar üçün bilet satışı başlayır
DİN yas mərasimində polisin zorakılıq etməsilə bağlı paylaşılan materiallara aydınlıq gətirib
Gürcüstanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
Fikrət Qoca dəfn edilib (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Azərbaycanda əlilliyə görə qruplar ləğv ediləcək - Agentlik
Əlillik dərəcəsinin ləğvi ilə bağlı Baş Prokurorluğa 266 müraciət olub
Gürcüstanın Baş naziri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib (FOTO)
Vətən müharibəsinin 400-ə yaxın qazisinə əlillik verilib
Azərbaycanda 7 mindən artıq saxta əlillik dərəcəsi ləğv edilib
Qarabağda muzdlu kimi döyüşən Livan vətəndaşının istintaqı yekunlaşıb - DTX və Baş Prokurorluq (VİDEO)
Avropada İtaliya mafiyasına qarşı əməliyyat keçirilib
ƏDV faizlərini geri alanlar üçün daha bir qazanc fürsəti!
ADU-nun Konfutsi İnstitutu “Azərbaycan və Çin mədəniyyətində çiçək simvolikası" tədbiri keçirib
SOCAR Türkiyə-nin neft-kimya bölməsi təkrar emal həcmini 32% artırıb
Korrupsiyada günahlandırılan gömrük əməkdaşı barədə araşdırmaya başlanılıb
Azərbaycan Texniki Universiteti ilə Sumqayıt Texnologiyalar Parkı arasında əməkdaşlıq memorandumu imzalanıb (FOTO)
Millət vəkili Pərvin Kərimzadə şəhid ailələrini ziyarət edib (FOTO)
Azərbaycan və Gürcüstan bir-birinə çox bağlıdır - İrakli Qaribaşvili
“Azərbaycanda Rektorlar Konfransı” Erasmus+ layihəsinin təqdimatı keçirilib (FOTO)
TƏBİB 20-yə yaxın tibb işçisinin vəzifədən azad edilməsinə münasibət bildirdi
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı videoformatda növbəti vətəndaş qəbulu keçirib (FOTO)
İrakli Qaribaşvili Azərbaycan Prezidentini Gürcüstana dəvət edib
Prezident İlham Əliyev: Azərbaycan və Gürcüstan xalqları arasında münasibətlər uzun tarixə əsaslanır
Prezident İlham Əliyev: Azərbaycan Gürcüstan iqtisadiyyatında ən böyük investorlardan biri olmağa davam edir
Azərbaycanın Avroviziya təmsilçisinin geyim dizaynı məşhur modelyerə həvalə edilib
Uşaqlara siqaret satan mağaza cərimələndi
Pandemiya dövründə kütləvi iftar mərasimlərindən çəkinməliyik - Hacı Şahin Həsənli
G7 iclasında iştirak edən Hindistan nümayəndə heyəti karantinə alınıb
Avropa Parlamentinin terrorçuları “hərbi əsir” adlandırması ədalətsizliyin təzahürüdür – Deputat
Azərbaycanda "kölgə iqtisadiyyatı"na qarşı tədbirlər görülür (FOTO)
Bolqarıstan prezidenti parlamenti buraxacaq
"SOCAR Türkiyə"nin Əliağadakı üç müəssisəsi “Sıfır Tullantı Sertifikatı” alıb
Azərbaycanda erkən doğumlar azalır
Aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı üçün 14 milyon manat ödəniləcək - Nazir
Daha bir şəhidimizin nəşi tapılaraq ailəsinə təhvil verilib
Bakıda külək motosikleti aşırıb, sürücü xəsarət alıb (VİDEO)
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
Sabah hava necə olacaq?
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
ABŞ-da təyyarə evin üstünə düşüb
Salyanda 15 min abonentin qaz təchizatı yaxşılaşdırılır (FOTO)
Əfqanıstan-Pakistan sərhədində hərbçilərə hücum olub - Ölən və yaralananlar var
Pambıq əkini üçün fermerlərə gübrələrin verilməsinə başlanılıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Bakıda güclü külək TIR-ı aşırdı
Küləkli hava nə qədər davam edəcək? - AÇIQLAMA
Yeni mühəndis texnikası və avadanlıqlarının növbəti hissəsi Türkiyədən Azərbaycana gətirilib (FOTO/VİDEO)
"Space" kanalına yeni rəhbər təyin olunub
Bakıda Dünya Kuboku hər zaman gözəllik və zəriflik bayramıdır - Azərbaycanlı gimnast
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycana səfərə gəlib
“Rabitəbank”dan ödəniş kartlarının təhlükəsizliyi ilə bağlı maarifləndirici animasiya (VİDEO)
Azad olunan ərazilərdə heyvanlar quduzluğa qarşı peyvənd olunur (FOTO)
Qaribaşvilinin Azərbaycana səfəri ikitərəfli münasibətlərə yeni təkan verəcək - Səfir
“Halliburton” şirkətinin Qərbi Xəzər regionu üzrə vitse-prezidenti Bakı Ali Neft Məktəbində olub (FOTO)
DİN müğənni Aslanın ölümü ilə bağlı məlumat yayıb
Bütün xəbərlər