...

Lord Kilkluni: ATƏT Dağlıq Qarabağ və ətraf rayonların işğalı məsələsini həll edə bilməyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Aprel 2016 06:36 (UTC +04:00)
Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini Lord Kilkluni Dağlıq Qarabağda Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərğinləşməsi ilə əlaqədar açıqlama verib.
Lord Kilkluni: ATƏT Dağlıq Qarabağ və ətraf rayonların işğalı məsələsini həll edə bilməyib

Bakı. Trend:

Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini Lord Kilkluni Dağlıq Qarabağda Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərğinləşməsi ilə əlaqədar açıqlama verib.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Trend-ə verilən məlumata görə, millət vəkili bildirib ki, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ və ətraf rayonların erməni işğalından azad olunması məsələsini həll edə bilməyib: "BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var ki, onlar Ermənistanı işğal olunmuş Azərbaycan ərazilərindən çıxmağa çağırır və bu qətnamalarin həyata keçirilməsinə məhəl qoyulmayıb. Bunun nəticəsində Ermənistan tərəfindən cəbhə xəttində ciddi gərdinlik yaradılıb və təxribat baş verib. Bu, 1994-cü ildə atəşkəs elan edildikdən sonra baş verən ən böyük zorakılıq halı kimi qiymətləndirilməlidir. Biz bu qətnamələrin icrasına nail olmalı və təcavüzü dayandırmalıyıq."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti