...

Budapeştdə Ermənistanın cəbhədəki təxribatlarına etiraz olaraq aksiya keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Aprel 2016 13:21 (UTC +04:00)
Son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaşanan gərginlik Macarıstanda yaşayan Azərbaycan disporunun diqqət mərkəzindədir.
Budapeştdə Ermənistanın cəbhədəki təxribatlarına etiraz olaraq aksiya keçirilib (FOTO)

Bakı. Trend:

Son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaşanan gərginlik Macarıstanda yaşayan Azərbaycan disporunun diqqət mərkəzindədir.

Vətənə, ordumuza və döyüşlərdə qəhrəmanlığı ilə fərqlənən əsgərlərimizə dəstək olmaq məqsədilə Macarıstanda yaşayan diasporamızın təmsilçiləri və burada təhsil alan tələbələrimiz paytaxt Budapeşt şəhərinin mərkəzində yerləşən Qəhrəmanlar meydanında dəstək aksiyası keçiriblər.

Bu barədə Trend-ə Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.

Tədbirdə həmçinin yerli ictimaiyyətin, "Yobbik - Daha yaxşı Macarıstan uğrunda hərəkat" partiyasının təmsilçiləri, türk diasponunun nümayəndələri, "Macar-Turan" cəmiyyətinin üzvləri və KİV nümayəndələri iştirak ediblər.

Aksiya zamanı, Ermənistanın Azərbaycana qarşı yürütdüyü və iyirmi ildən çox davam edən təcavüzkar siyasətin ağır nəticələri barədə macar ictimaiyyətinin nümayəndələrinə və jurnalistlərə məlumat verilmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, Ermənistanın təxribatlarının və təcavüzkar fəaliyyətinin qarşısının alınması məqsədilə lazımi addımlar atdığı, Azərbaycan torpaqlarının hərbi işğalının münaqişənin həllinə xidmət etmədiyi və münaqişənin heç zaman Ermənistanın arzu etdiyi siyasi nəticələrlə yekunlaşmayacağı diqqətə çatdırılıb.

Daha sonra tədbir iştrakçıları "Qarabağ bizimdir, bizim də olacaq", "Vətən torpağı bölünməzdir", "Şəhidlər ölməz, Vətən bölünməz", "Biz hər zaman səninləyik Azərbaycan", "İşğal olunmuş torpaqlarımız azad olunsun" kimi şüarlar səsləndiriblər.

Tədbirin sonunda, təmas xəttindəki gərginliklər zamanı qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsi yad edilib, Səfirliyin binasının önünə güllər qoyulub, şamlar yandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti