...

Rusiyalıların yarıdan çoxu Moskvanın Dağlıq Qarabağ münaqişəsində neytral olmasının tərəfdarıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Aprel 2016 17:24 (UTC +04:00)
Rusiyalıların 76 faizi aprelin əvvəlində Dağlıq Qarabağ münaqişəsində vəziyyətin kəskinləşməsindən bu və ya digər dərəcədə xəbərdardırlar.
Rusiyalıların yarıdan çoxu Moskvanın Dağlıq Qarabağ münaqişəsində neytral olmasının tərəfdarıdır

Bakı. Elmira Tariverdiyeva - Trend:

Rusiyalıların 76 faizi aprelin əvvəlində Dağlıq Qarabağ münaqişəsində vəziyyətin kəskinləşməsindən bu və ya digər dərəcədə xəbərdardırlar. Trend-in "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu barədə "İctimai rəy" fondu məlumat yayıb.

Bununla belə, rusiyalıların 52 faizi hesab edir ki, Moskva tərəflərdən heç birini dəstəkləməməlidir.

Sorğu 9-10 aprel tarixində Rusiyanın 53 subyektinin 104 yaşayış məntəqəsində 1500 respondent arasında aparılıb.

Respondentlərin 40 faizi hesab edir ki, Rusiya Azəraycan və Ermənistan arasında münaqişənin dayandırılması üçün ondan asılı olan hər şeyi etməlidir. 30 faiz respondent isə bu məsələdə Rusiyanın fəallıq göstərməməsinin tərəfdarıdır.

Rəyi soruşulan hər 10 nəfərdən biri (11 faiz) cavab verməkdə çətinlik çəkib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti