...

XİN rəhbəri: Malta Azərbaycanın ərazi bütövlüyünü və suverenlyini dəstəkləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Aprel 2016 13:27 (UTC +04:00)
Malta Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır.
XİN rəhbəri: Malta Azərbaycanın ərazi bütövlüyünü və suverenlyini dəstəkləyir

Bakı. Səba Ağayeva - Trend:

Malta Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır.

Trend-in məlumatına görə, bunu Maltanın xarici işlər naziri Corc Vela Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında deyib.

C.Vela bildirib: "Biz qoşunların təmas xəttində vəziyyətin eskalasiyasından narahatıq və sülh danışıqlarının davam etdirilməsinin tərəfdarıyıq, hərbi fəaliyyətlər dayandırılmalıdır. Malta ATƏT-in Minsk qrupunu dəstəkləyir".

Nazir həmçinin qeyd edib ki, Malta Azərbaycanın ərazi bütövlüyünü və suverenlyini dəstəkləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti