...

Topçu: Dağlıq Qarabağ təkcə Azərbaycanın deyil, bütün Türk və İslam dünyasının problemidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Aprel 2016 21:56 (UTC +04:00)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yalçın Topçu Dağlıq Qarabağın təkcə Azərbaycanın deyil, bütün Türk və İslam dünyasının problemi olduğunu bildirib
Topçu: Dağlıq Qarabağ təkcə Azərbaycanın deyil, bütün Türk və İslam dünyasının problemidir

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yalçın Topçu Dağlıq Qarabağın təkcə Azərbaycanın deyil, bütün Türk və İslam dünyasının problemi olduğunu bildirib.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, Azərbaycana səfər edən Yalçın Topçu cəbhə xəttinə baş çəkib.

Ağcabədidə yaşayan məcburi köçkünlərlə görüşən Topçu Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu, Qarabağ məsələsində sonuna qədər dəstək verəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti