...

Bahar Muradova: Dağlıq Qarabağ məsələsi ATƏT PA-nın sessiyasında qaldırılacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 İyun 2016 10:45 (UTC +04:00)
Dağlıq Qarabağ məsələsi ATƏT Parlament Assambleyasının iyulun 1-dən 5-dək keçiriləcək yay sessiyasında Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti tərəfindən qaldırılacaq.
Bahar Muradova: Dağlıq Qarabağ məsələsi ATƏT PA-nın sessiyasında qaldırılacaq

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Dağlıq Qarabağ məsələsi ATƏT Parlament Assambleyasının iyulun 1-dən 5-dək keçiriləcək yay sessiyasında Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti tərəfindən qaldırılacaq.

Bunu Trend-ə Milli Məclisin vitse-spikeri, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

Onun sözlərinə görə, ATƏT Parlament Assambleyasının yay sessiyasında dünyanı narahat edən bəzi məsələlər gündəmə gətiriləcək:

"Əlbəttə ki, Dağlıq Qarabağ məsələsi də gündəmdəki məsələlərdən biridir. Bu məsələ bizim tərəfimizdən birmənalı şəkildə sessiyada qaldırılacaq".

B.Muradova əlavə edib ki, ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninin regiona səfəri bu yaxınlarda başa çatıb. Onun da sessiyada bu məsələ ilə əlaqədar məlumat verəcəyi gözlənilir:

"Məlumatlandırma prosesi zamanı da yəqin ki, bu məsələ ətrafında fikir mübadiləsi aparılacaq. Biz hər halda PA-nın diqqətini aprel döyüşlərindən sonra yaranmış yeni reallıqlara və danışıqlar prosesinin hazırkı vəziyyətinə yönəltməyə çalışacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti