...

Ceyms Uorlik: Azərbaycan və Ermənistan prezidentlərinin görüşləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini yaxınlaşdırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyun 2016 00:54 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentləri arasında görüşlər tərəfləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yaxınlaşdırır.
Ceyms Uorlik: Azərbaycan və Ermənistan prezidentlərinin görüşləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini yaxınlaşdırır

Bakı. Trend:

Azərbaycan və Ermənistan prezidentləri arasında görüşlər tərəfləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yaxınlaşdırır.

Bunu Trend-ə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.

"ATƏT-in Minsk Qrupu ümid edir ki, qoşunların təmas xəttində vəziyyət sabit olaraq qalacaq. Görüşlər mühüm əhəmiyyət daşıyır və bizə münaqişənin sülh yolu ilə həlli prosesində irəliləyişə nail olmağa imkan verəcək "- Uorlik bildirib.

Onun sözlərinə görə, Peterburqdakı görüşdə tərəflər Vyana görüşündən sonra bəyan edilditdi kimi atəşkəs rejiminə hörmət etdiklərini bildiriblər.

"Prezidentlər gələcəkdə zorakılığın riskləri azaldacaq tədbirlər qəbul edilməsinə tərəfdar olduqlarını bildiriblər, həmçinin münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqları bərpa etmək barədə razılığa gəliblər ", - Uorlik bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti