...

Həmsədrlər Qarabağ münaqişəsinin müzakirəsi üçün Ankaraya səfər edəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 İyul 2016 13:45 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri iyulun 18-də Ankaraya səfər edərək Türkiyə tərəfini Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi barədə məlumatlandıracaqlar.
Həmsədrlər Qarabağ münaqişəsinin müzakirəsi üçün Ankaraya səfər edəcəklər

Bakı. Səba Ağayeva - Trend:

ATƏT-in Minsk qrupunun həmsədrləri iyulun 18-də Ankaraya səfər edərək Türkiyə tərəfini Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi barədə məlumatlandıracaqlar.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkiyə Minsk qrupunun iştirakçı ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səylərini davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti