...

Ağdam və Tərtərdə partlamış top mərmilərinin qalıqları aşkar edilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Avqust 2016 16:17 (UTC +04:00)
Bu gün Azərbaycanın Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən Ağdam və Tərtər rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlanıb.
Ağdam və Tərtərdə partlamış top mərmilərinin qalıqları aşkar edilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu gün Azərbaycanın Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən Ağdam və Tərtər rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlanıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, Ağdam rayonunun Zəngişalı kəndində 4 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib, partlamış top mərmilərinin qalıqları aşkar edilərək götürülüb, 9 000 kv.m ərazi yoxlanılıb.

Tərtər rayonunun Həsənqaya kəndində 1 otlaq sahəsində 5 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatın qalıqları aşkar edilərək götürülüb, 8 000 kv.m ərazi yoxlanılıb.

Bu gün 4 əkin sahəsi və 1 otlaq sahəsində 9 partlayış yerinə baxış keçirilib, partlamış top mərmilərinin qalıqları aşkar edilərək götürülüb, 17 000 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel-11 avqust tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 642 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib, 3 470 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 24 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti