Bakı. Anaxanım Hidayətova - Trend:
Ermənilər bütün dünyaya “erməni soyqırımı” mifini təbliğ etməklə yanaşı, çalışırlar ki, onlar tərəfindən Xocalıda törədilmiş soyqırım beynəlxalq səviyyədə tanınmasın.
Bunu Trend-ə Türkiyənin “Strategic Outlook” beynəlxalq tədqiqat mərkəzinin prezidenti Yusif Çınar deyib.
Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və bütün türk dünyası Ermənistanın yalan təbliğatına qarşı birləşməlidir: “Erməni diasporunun təbliğatı zəifləmədikcə Xocalıda törədilən cinayətlərin səbəbkarlarını tapmaq və bu faciə barədə həqiqətləri dünyaya çatdırmaq çətin olacaq”.