...

Çavuşoğlu: Türkiyə və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində birgə işləyirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Mart 2017 13:36 (UTC +04:00)
Türkiyə və Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzərində birgə işləyirlər.
Çavuşoğlu: Türkiyə və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində birgə işləyirlər

Bakı. Trend:

Türkiyə və Rusiya münasibətlərini bərpa ediblər və hazırda regionda problemlərin həlli, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzərində birgə işləyirlər.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Vaşinqtonda çıxışı zamanı deyib.

Nazir qeyd edib: "Rusiya ilə aramızdakı fikir ayrılığını aradan qaldırmışıq. Bu gün münasibətlərimiz bərpa olunub və biz regiondakı bir sıra problemlərin həlli ilə bağlı əməkdaşlıq edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti