...

Səməd Seyidov: "Ermənistan-Azərbaycan Sülh Platforması"nın beynəlxalq təşkilatlarda həyata keçirilməsinin tərəfdarıyıq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 May 2017 14:49 (UTC +04:00)
“Ermənistan və Azərbaycan arasında sülh platformasının Avropa parlamentində və başqa beynəlxalq təşkilatlarda həyata keçirilməsinin tərəfdarıyıq.
Səməd Seyidov: "Ermənistan-Azərbaycan Sülh Platforması"nın beynəlxalq təşkilatlarda həyata keçirilməsinin tərəfdarıyıq

Bakı. Elçin Mehdiyev – Trend:

“Ermənistan-Azərbaycan Sülh Platforması"nın Avropa parlamentində və başqa beynəlxalq təşkilatlarda həyata keçirilməsinin tərəfdarıyıq. Bu mesajı həm Avropa parlamentində, həm burada, həm də başqa beynəlxalq təşkilatlarda səsləndiririk”.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Parlamentinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşdən sonra jurnalistlərə deyib.

S.Seyidov bildirib ki, ancaq bu qarşılıqlı münasibətlər ikitərəfli olmalıdır:

“Azərbaycan həm danışıqlara, həm də əlaqələri qurmağa hazırdır. Qarşı tərəfin razılığının olması isə sual altındadır. Əminəm ki, açıq, sərbəst və bu şəkildə təşkil olunmuş komitələr arasında münasibətlər həm Azərbaycan parlamenti ilə Avropa parlamenti arasında münasibətləri yüksək səviyyəyə qaldıracaq, həm də Azərbaycanın ən ağrılı problemi - Dağlıq Qarabağ probleminin açıq-aşkar həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılmasında böyük rol oynayacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti