...

Ermənistanın işğalçılıq siyasəti Dünya İqtisadi Forumunda tənqid olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Sentyabr 2017 17:59 (UTC +04:00)

Bakı. Trend:

Sentyabrın 5-də Polşanın Krıniça şəhərində işinə başlamış 27-ci Dünya İqtisadi Forumu bu gün də fəaliyyətini davam etdirib.

Prezident yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından Trend-ə verilən məlumata görə, şuranın baş məsləhətçisi Toğrul Məmmədli bu gün “Şərq Tərəfdaşlığının 8 ili: uğursuzluqlar, nailiyyətlər, gələcək” adlı plenar sessiyada çıxış edib.

Azərbaycan – Avropa İttifaqı əməkdaşlığının 25 ili ərzində əldə edilmiş nəticələrə dair statistik məlumatları sessiya iştirakçılarının nəzərinə çatdıran Toğrul Məmmədli, ölkəmizlə Aİ arasında tərəfdaşlığın gələcək perspektivləri, Avropanın enerji təhlükəsizliyi kontekstində Azərbaycanın rolu haqqında danışıb.

Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan və erməni deputatı Miqran Akopyanın da şərhçi olduğu bu sessiyadakı çıxışı zamanı T.Məmmədli Aİ və Azərbaycan arasındakı əməkdaşlıq əlaqələri ilə yanaşı Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti, iyulun 4-də 2 yaşlı Zəhranın və nənəsinin qətlə yetirilməsi haqqında məlumat verərək Ermənistanı barbar adlandırıb.

Qeyd edək ki, Polşada hər il keçirilən və 3000-dən artıq qonağın iştirak etdiyi bu tədbir Mərkəzi və Şərqi Avropanın ən irimiqyaslı konfransı sayılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti