...

Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü başladı (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Dekabr 2017 19:47 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov hazırda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşür.
Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü başladı (FOTO)

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov hazırda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşür.

Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib: "Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə işləməkdə davam edəcək ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə substansiv danışıqlar yolu ilə həll olunsun".

Qeyd edək ki, nazir səfəri çərçivəsində Ermənistanın xarici işlər naziri ilə görüşəcək və 7-8 dekabr tarixlərində keçiriləcək ATƏT Nazirlər Şurasının 24-cü iclasında iştirak edəcək.

ATƏT Nazirlər Şurasının iclasında E.Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti