Bakı. Trend:
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) sədrlik 2018-ci il yanvarın 1-dən İtaliyaya keçir.
Trend-in məlumatına görə, ATƏT-də müvəqqəti rəhbər rolunu İtaliyaya vermək qərarı 2016-cı ilin iyulunda bütün 57 üzv dövlət tərəfindən yekdilliklə qəbul edilib.
İtaliyanın sədrliyi dövründə ATƏT-in əsas prioritetlərindən biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması olacaq.