...

Azərbaycan qoşunları təlimlərdə gecə vaxtı yerdəyişməni icra edib (FOTO/VİDEO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Mart 2018 10:10 (UTC +04:00)
Qoşunlar döyüş təyinatı rayonlarına çıxarılma üzrə gecə vaxtı tapşırıqları yerinə yetirib.
Azərbaycan qoşunları təlimlərdə gecə vaxtı yerdəyişməni icra edib (FOTO/VİDEO)

Bakı. Trend:

Keçirilən təlimlərin rəhbərinin qərarına əsasən, qoşunlar döyüş təyinatı rayonlarına çıxarılma üzrə gecə vaxtı tapşırıqları yerinə yetirib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, qüvvələr vaxt, marşrut, tapşırıqlar üzrə gecə və məhdud görüntü şəraitində kombinə üsulu ilə yürüş icra ediblər.

Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 12-dən müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb.

Təlimlərə 25 min nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Təlimlər martın 17-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti