Bakı. Elçin Mehdiyev - Trend:
"Mən öz qrupum adından deyə bilərəm ki, bizim heç birimiz Dağlıq Qarabağa qanunsuz səfər etmək niyyətində deyilik və məhz mən belə şey etməyəcəyəm".
Trend-in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının sammitində Alyansın prezidenti, Avropa Parlamentinin Beynəlxalq ticarət komitəsinin vitse-prezidenti, Avropa Parlamentinin üzvü Yan Zahradil deyib.
Y.Zahradil bildirib ki, bu, çox həssas məsələdir: "Mən başa düşürəm ki, Azərbaycan hökuməti Avropa Parlamentinin hər hansı bir üzvünün Dağlıq Qarabağa qanunsuz, Azərbaycan tərəfindən icazə almadan getməsinə görə təəssüflənir və bunu yaxşı qarşılamır, qeyri-qanuni adlandırır. Avropa Parlamentinin hər bir üzvü istədiyini etməyə sərbəstdir, lakin öz qrupum adından deyə bilərəm ki, bizim heç birimizin belə niyyəti yoxdur və məhz mən belə şey etməyəcəyəm".