Bakı. Ləman Zeynalova – Trend:
ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi tərəflərinin gərginliyin azaldılması və münaqişənin dinc yolla nizamlanması üçün bütün səylərini alqışlayır.
Bu barədə Trend-in Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Düşənbədə baş tutmuş söhbətin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə mümkün təsiri barədə sorğusuna cavab olaraq ATƏT-dən bildiriblər.
Təşkilatın sorğuya cavabında deyilir: “Həmsədrlər tərəflərin əldə etdiyi və bu məqsədə çatmağa xidmət edən bütün razılaşmaları dəstəkləyir və uzunmüddətli, hərtərəfli həll yolu tapmaqda tərəflərə kömək etmək üçün zəruri vasitəçilik dəstəyi göstərməyə hazırdırlar”.