...

“Azərsun Holdinq” Xocalı faciəsini yad edib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2019 16:31 (UTC +04:00)
Faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsi ziyarət edilib.
“Azərsun Holdinq” Xocalı faciəsini yad edib (FOTO)

Bakı. Trend:

Fevralın 26-da “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozal və şirkətlər qrupunun kollektivi Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.

“Azərsun Holdinq”dən Trend-ə verilən məlumata görə, abidənin önünə əklil qoyub, tər çiçəklər düzərək faciə qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər.

Xatirladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri tərəfindən Xocalı şəhərinin dinc əhalisinə qarşı amansızlıqla divan tutulub. 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb. Körpə uşaqlara, qadın və qocalara qarşı törədilmiş bu faciəni xalqımız heç vaxt unutmayaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti