...

Elçin Quliyev Ermənistanla təmas xəttindəki bölmələrin döyüş fəaliyyətini yoxlayıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 May 2019 11:56 (UTC +04:00)
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın Ağstafa rayonu ərazisində hərbi hissə və bölmələ­rinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.
Elçin Quliyev Ermənistanla təmas xəttindəki bölmələrin döyüş fəaliyyətini yoxlayıb (FOTO)

Bakı. Trend:

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın Ağstafa rayonu ərazisində hərbi hissə və bölmələ­rinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.

DSX-dən Trend-ə verilən məlumata görə, E.Quliyev sərhəd döyüş mən­təqə­lərində xidmət edən şəxsi heyətlə görüşüb, Ermənistan silahlı qüv­və­lərinin bölmələri ilə təmas xəttində sərhəd mühafizə və mü­dafiə infrastruktu­ru­nun yaradılması istiqamətində görülən iş­lə­rə baxış ke­çirib, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təh­lükəsizliyinin təmin edilməsi üzrə tapşırıqlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti