...

DSX: Ermənilər bir neçə kəndi və sər­həd döyüş mövqelərimizi atəşə tutub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Oktyabr 2019 15:14 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələ­rinin bölmələri Qazax rayonunun bir neçə kəndi və sər­həd döyüş mövqelərimiz istiqamətində atəşkəs rejimini davamlı surətdə pozublar.
DSX: Ermənilər bir neçə kəndi və sər­həd döyüş mövqelərimizi atəşə tutub

Bakı. Trend:

Oktyabrın 29-da axşam saatlarından başlanılmaqla Azərbaycan-Ermənistan dövlət sərhədin­də Ermənistan Silahlı Qüvvələ­rinin bölmələri Qazax rayonunun bir neçə kəndi və sər­həd döyüş mövqelərimiz istiqamətində atəşkəs rejimini davamlı surətdə pozublar.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə, bütün hallarda düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.

DSX eyni zamanda bildirir ki, atəşkəs rejiminin Azərbaycan tərəfindən pozulması barədə Ermənistan mətbuatının məlumatları həqiqətə tam ziddir, hərbi qulluqçularımız tərəfindən qarşı tərəfin təxribatına cavab olaraq düşmən mövqelərinə doğru atəş açılıb, Ermənistan silahlı qüvvələrindən fərqli olaraq yaşayış məntəqələri istiqamə­tində və mülki şəxslərə qarşı silah tətbiq olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti