...

DSX: Sərhəddə növbəti erməni təxribatının qarşısı alınıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Mart 2020 12:54 (UTC +04:00)
DSX: Sərhəddə növbəti erməni təxribatının qarşısı alınıb

Bakı. Samir Əli - Trend:

27 mart tarixində 12:00 radələrindən başlamaqla Qazax ra­yo­nu istiqamətində sərhəd döyüş məntə­qələrimiz və arxa hüdudda hərəkət edən təminat nəqliyyat vasitələri Ermənistanın Noyem­beryan rayonu­nun Boqanis kəndi yaxın­lığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tərəfin­dən iriçaplı si­lah­­lardan və snayper tüfəng­lərindən intensiv atəşə tutul­ub.

Dövlət Sərhəd Xidmətindən (DSX) Trend-ə bildirilib ki, düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqə­ləri­mi­zə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş və snayper möv­qeləri cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti