...

Ermənilərin Tovuzun Dondar Quşçu kəndinə atdıqları mərmi partlamayıb (VİDEO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 İyul 2020 15:01 (UTC +04:00)
Ermənilərin Tovuzun Dondar Quşçu kəndinə atdıqları mərmi partlamayıb (VİDEO)

Bakı. Samir Əli – Trend:

Erməni hərbçilərinin Tovuzun Dondar Quşçu kəndinə atdıqları mərmi partlamayıb.

Bu barədə Trend-ə açıqlamasında Tovuzda olan millət vəkili Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, hadisə dünən baş verib: “Ermənilərin atəşə tutduğu yaşayış məntəqələrimizdən biri də Tovuz rayonunun Dondar Quşçu kəndidir. Mən kənddə oldum. Bu kənd ən strateji nöqtələrdən biridir. Ermənilər bu kəndi də atəşə tuturdular. Atəş nəticəsində ermənilərin atdıqları mərmilərdən biri kənd sakini Hüseynov Əli Şəmşad oğlunun evinə düşüb. Xoşbəxtlikdən həmin mərmi partlamayıb. Hazırda ANAMA mütəxəssisləri əraziyə gəliblər. Mütəxəssislər partlamamış mərmini zərərsizləşdirirlər”.

A.Nağıyev qeyd edib ki, artıq həmin evin ətrafı polis nəzarətinə götürülüb: “Kənd sakinləri və digər kənar şəxslər əraziyə buraxılmır. Mütəxəssislər ərazidə mərminin zərərsizləşdirilməsi ilə məşğuldur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti