...

25 ölkədə 56 aksiya keçirilib - Dövlət Komitəsinin sədr müavini

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 İyul 2020 13:41 (UTC +04:00)
25 ölkədə 56 aksiya keçirilib - Dövlət Komitəsinin sədr müavini

Bakı. Asif Mehman - Trend:

Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatlara etiraz olaraq bu günədək 25 ölkədə 56 aksiya keçirilib. Daha 20 ölkədə aksiyalar keçiriləcək.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Faiq Quliyev bildirib.

Onun sözlərinə görə, həmvətənlərimiz davamlı olaraq bu aksiyaları keçirmək istəyirlər: "Aksiyalarla yanaşı həmin ölkələrdə mətbuat konfransları, digər tədbirlər keçirilir. Biz öz həqiqətlərimizi dünyaya çatdırırıq".

Xarici İşlər nazirinin müavini Xələf Xələfov idə bildirib ki, soydaşlarımız bu aksiyaları vətənpərvərlik hissindən irəli gələrək edirlər: "Bizim aksiyalarımız dinc formada keçirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti