...

Konsul: Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində irəliləyişin olmaması hərbi əməliyyatlara gətirib çıxarıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Sentyabr 2020 16:32 (UTC +04:00)
Konsul: Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində irəliləyişin olmaması hərbi əməliyyatlara gətirib çıxarıb

Bakı. Trend:

Azərbaycanın Yekaterinburq şəhəridəki baş konsulu İlqar İsgəndərov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyəti şərh edib.

Trend bu barədə “Veçerniye vedomosti” qəzetinə istinadən məlumat verir.

O bildirib ki, bu gün Azərbaycanda digər ölkələrin fəaliyyətinə müdaxilə etməyə Rusiyanın mövqeyinə hörmət bəslənilir. Konsulun sözlərinə görə, hərbi əməliyyatlara Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində irəliləyişin olmaması gətirib çıxarıb.

İ.İsgəndərov əlavə edib ki, hazırda ən vacib məqam münaqişənin Ermənistan və Azərbaycanın sərhədlərindən kənara çıxmaması və Rusiyadakı etnik icmaların mümkün qarşıdurmalarının qarşısının alınmasıdır.

Konsul əlavə edib ki, Sverdlovsk vilayətində yaşayan çoxlu sayda azərbaycanlı hərbi əməliyyatlarda iştirak etmək məqslədilə Azərbaycana getmək üçün müraciət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti