...

Tarixçi: Azərbaycan Ermənistanın hücumlarına cavab verir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Oktyabr 2020 17:22 (UTC +04:00)
Tarixçi: Azərbaycan Ermənistanın hücumlarına cavab verir

Bakı. İlhamə İsabalayeva - Trend:

Ermənistanın sentyabrın 27-dən başlayaraq Azərbaycan ərazisinə artilleriya zərbələri endirərək infrastrukturu və sivil insanlarımızı hədəfə alması ölkəmizi ikinci Qarabağ müharibəsinə qoşulmağa vadar etdi.

Bunu Trend-ə AMEA Qafqazşünaslıq İnstitutu “Ermənişünaslıq” şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev deyib.

Onun sözlərinə görə, keçən əsrin əvvəllərindən başlanan Azərbaycana qarşı ermənilərin əsassıs ərazi iddiaları 1980-ci illərin sonlarında yenidən qızışdı. Ermənistan Silahlı Qüvvələri Azərbaycana hərbi təcavüz edərək onun 20% ərazisini - Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu işğal etdi, 1 milyondan artıq əhalini qaçqın və məcburi köçkün vəziyyətinə saldı. Müharibədə 30 minə qədər azərbaycanlı həlak oldu. Xocalı soyqırımı törədildi:

“İşğal olunmuş ərazilərimizin tarixi abidələri məhv edildi və saxtalaşdırıldı. Toponimlərimiz erməni adları ilə dəyişdirildi. Azərbaycanın bu əraziləri 30 ilə qədər Ermənistanın işğalı altında qaldı. Atəşkəsdən sonra davam edən sülh danışıqlarında Ermənistanın qeyri-konstruktiv mövqe tutması səbəbindən böyük sülh əldə edilmədi. Azərbaycanın ərazi bütövlüyünə edilən qəsdin aradan qaldırılması, respublikanın ərazi bütövlüyünün təmin edilməsi məqsədilə işğalçıların ərazidən çıxarılmasına dair BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etsə də, bunlar yerinə yetirlmədi. ATƏT və digər beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü qəbul etməsinə baxmayaraq, qəbul olunmuş bu qərar və protokolların heç biri həllini tapmadı. Bu azmış kimi Ermənistan hökuməti Azərbaycan Respublikasına qarşı təxribat xarakterli tədbirlər həyata keçirməyə və digər ərzilərimizin işğalı ilə təhdid etməyə başladı. Nəhayət, 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Respublikası ərazisinə artilleriya zərbələri endirərək infrastrukturlarımızı və sivil insanlarımızı hədəfə aldı. Beləliklə, Azərbaycan yenə də ikinci Qarabağ müharibəsinə qoşulmağa vadar edildi. Ermənistanın davam edən hücumlarına cavab olaraq Azərbaycan dövləti müdafiə və əks hücum əməliyyatlarına start verdi. Artıq Ermənistan hərbi qüvvələri tərəfindən işğal altında saxlanılan kənd və şəhərlərin azad edilməsinə başlanılıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti