...

Erməni təxribatları nəticəsində 31 dinc sakin həlak olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Oktyabr 2020 13:54 (UTC +04:00)
Erməni təxribatları nəticəsində 31 dinc sakin həlak olub

Bakı. Trend:

Sentyabrın 27-dən oktyabrın 8-i saat 13:00-dək erməni təxribatları nəticəsində dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikası açıqlanıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, indiyə qədər 31 dinc sakin həlak olub. Yaralanmış dinc sakinlərin sayı 154-dür.

928 ev, 133 mülki obyekt, 45 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti