...

Ermənistan hakimiyyətinin uşaqları hərbi əməliyyatlara cəlb etməsi öz xalqına qarşı cinayətdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Oktyabr 2020 09:27 (UTC +04:00)

Bakı. Cani Babayeva -Trend:

Ermənistan hakimiyyətinin uşaqları hərbi əməliyyatlara cəlb etməsi öz xalqına qarşı cinayətdir.

Bunu Trend-ə Cənubi Koreyanın Hankuk Universitetinin professoru Rəşid İbrahimov deyib.

O bildirib ki, hərbi əməliyyatlara uşaqları cəlb edən hökumət öz siyasi hədəfləri uğrunda hər cür qurban verməyə hazırdır:

“Onsuz da aydındır ki, Ermənistan rəhbərliyi öz xalqının gələcəyini fikirləşmir. Əgər rəsmi xronikaya nəzər salsaq görərik ki, döyüşlərdə əsasən 1999-2001-ci il təvəllüdlü gənclər ölür. Burada daha bir məqam var. Gənclər arasında itkilər çoxalanda, erməni təbliğatı bütün dünyaya səs-küy salacaq ki, Azərbaycan dinc əhalini, o cümlədən uşaq və yeniyetmələri məhv edir. Şübhə etmirəm ki, bu uşaqların şəkilləri gələcəkdə təbliğat məqsədilə dünya KİV-lərində yer alacaq. Yəni, Ermənistan hakimiyyətinin hədəfi Azərbaycanı dünyanın gözündə ləkələməkdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti