...

Erməni general Paşinyanın həyat yoldaşı ilə mübahisədən sonra işdən uzaqlaşdırıldı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Noyabr 2020 10:45 (UTC +04:00)
Erməni general Paşinyanın həyat yoldaşı ilə mübahisədən sonra işdən uzaqlaşdırıldı

Bakı. Trend:

Ermənistan silahlı qüvvələrinin sabiq baş qərargah rəisi Movses Akopyanın Dağlıq Qarabağda döyüş əməliyyatlarından uzaqlaşdırılmasının səbəbi məlum olub.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, general baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanla mübahisə etdiyinə görə kənarlaşdırılıb.

Qeyd olunur ki, Anna Akopyan Qarabağ separatçılarının qərargahında olarkən general M.Akopyan ona irad tutub.

Bundan sonra general işindən uzaqlaşdırılıb və dərhal Yerevana çağırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti