Bakı. Trend:
Rusiya Dağlıq Qarabağda vəziyyətin normallaşması üzrə böyük səylər göstərir.
Trend-in məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin xarici səfirlərlə görüşü zamanı deyib.
O bildirib ki, Rusiyanın vasitəçiliyi sayəsində Dağlıq Qarabağda daha da çox qan tökülməsinin qarşısı alındı:
“Hazırda rusiyalı sülhməramlılar atəşkəs rejiminə əməl olunmasına nəzarəti həyata keçirir, dinc sakinlərin təhlükəsizliyini təmin edir və humanitar yükləri müşayiət edir. Ümumilikdə Dağlıq Qarabağda vəziyyət stabilləşir, həm Bakı, həm də Yerevanın maraqları nəzərə alınmaqla tənzimlənmə üçün şərtlər yaranır”.