Bakı. Trend:
Qarabağda xarici döyüşçülərin mövcudluğu məsələsi ilə müvafiq hərbi mütəxəssislər məşğul olur.
Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O bildirib ki, bu məsələ ilə bağlı hər iki münaqişə tərəfi ilə iş aparılır:
“Bu iş hər addımın ictimai şərh olunmasını nəzərdə tutmur. Hazırda bu barədə məlumatı olan ekspertlərlə iş gedir. Bu məsələ hərbçilərimizin daimi nəzarətindədir”.