...

AŞPA-NIN YAY SESSİYASINDA İŞTİRAK EDƏN ARZU ADBULLAYEVA ANDREAS QROSSLA GÖRÜŞÜB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 İyun 2005 14:15 (UTC +04:00)

BU GÜN - QAPALI

Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında iştirak edir. Bu barədə Trend ə Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupundan məlumat verilib.

Monitorinq Qrupunda təmsil olunan Arzu Abdullayeva siyasi məhbuslar probleminin də müzakirə olunacağı sessiyanı əsasən bu məsələ ilə bağlı izləmək üçün Strasburqa ezam olunub. Qeyd edək ki, AŞPA -nın yay sessiyasının iyunun 22-də keçiriləcək iclasında Azərbaycanda siyasi məhbuslara dair məsələr müzakirə olunacaq, Britaniyalı parlamentari Malkolm Brusun bu mövzuda məruzəsi dinləniləcək.

Hüquq müdafiəçisi Arzu Abdullayeva həmin iyunun 22-də həmin iclasdan əvvəl Avropa Şurasının Azərbaycan üzrə məruzəçisi Andreas Qrossla görüşüb. A.Abdullayevanın digər məruzəçi Malkolm Bryusla, həmçinin Avropa Şurasının bir sıra rəsmi şəxsləri ilə də görüşlər keçirməsi nəzərdə tutulub. O, Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı mövcud vəziyyət, imzalanan əfv fərmanları, Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun fəaliyyəti və təklifləri barədə məlumat verəcək.

Xəbər lenti

Xəbər lenti