...

ERMƏNİ TƏRƏFİ AƏZRBAYCANLI HƏRBİ ƏSİRİ QAYTARDI

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Avqust 2005 18:29 (UTC +04:00)

Avqustun 24-də erməni tərəfi bir ay əvvəl Ermənistan ərazisində saxlanılan azərbaycanlı hərbi qulluqçu Ramil Xudaverdiyevi qaytarıb. Trend in məlumatına görə, bu barədə Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin (BQXK) Bakı nümayəndəliyindən bildiriblər.

Təhvil verilmə erməni-Azərbaycan sərhəddində yerləşən Tavuş və Qazax rayonları ərazisində həyata keçirilib. BQXK bu prosesdə neytral tərəf kimi Azərbaycan və Ermənistan hökumət orqanlarının müraciəti əsasında iştirak edib.

Məlumatda bildirilir ki, hərbi əsirin vətənə qaytarılmasına tam əmin olmaq üçün təhvil vermə əməliyyatından əvvəl onunla görüşüblər.

BQXK Dağlıq Qarabağ münaqişəsi zonasında 1992-ci ildən işləyir və bu müddət ərzində 652 şəxsin geri qaytarılmasında iştirak edib. BQXK gələcəkdə də belə əməliyyatlarda iştirak etməyə hazır olduğunu bildirir.

Xəbər lenti

Xəbər lenti