...

Nizami Bəhmənov: 2006-cı ildə Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Noyabr 2005 15:18 (UTC +04:00)

2006-cı ildə Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmalıdır. Trend bildirir ki, noyabrın 21-də AR XİN başçısı Elmar Məmmədyarovun Belçikanın ATƏT-dəki nümayəndəliyinin rəhbəri Pyer Şevalye ilə görüşündən sonra Dağlıq Qarabağın Azərbaycan icmasının başçısı Nizami Bəhmənov bu barədə bəyan edib.

N. Bəhmənov bildirib ki, aparılan danışıqlarda P. Şevalyeyə Azərbaycandakı qaçqın və məcburi köçkünlərin vəziyyəti barədə danışıb. "Biz münaqişənin mərhələli həlli yolunu nəzərdə tutan Praqa prosesini dəstəkləyirik. Əvvəlcə Dağlıq Qarabağ ətrafında işğal edilmiş ərazilər azad edilməlidir.Sonra qaçqın və məcburi köçkünlər qaytarılmalıdır"-deyə N. Bəhmənov qeyd edib və bildirib ki, "sonrakı mərhələdə Dağlıq Qarabağın iki icması dialoq yolu ilə qalan məsələləri həll edə bilər".

N. Bəhmənovun sözlərinə görə, belçikalı diplomat deyib ki, "Dağlıq Qarabağ münaqişəsi ya 2006-cı ildə həll ediləcək, ya da heç vaxt həll edilməyəcək". O, xatırladıb ki, 2007-08-ci illərdə Ermənistan və Azərbaycanda ümumiyyətlə seçkilər keçiriləcək və bu da nizama salınma prosesini uzun müddətə təxirə salacaq.

Görüşdə həmçinin ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio P

Xəbər lenti

Xəbər lenti