...

Türkiyə 2006-cı ildə Qarabağ münaqişəsinin nizamlanması prosesində "irəliləyişə" nail olunacağına ümid edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Dekabr 2005 12:00 (UTC +04:00)

Türkiyə 2006-cı ildə Qarabağ münaqişəsinin nizamlanması prosesində "irəliləyişə" nail olunacağına ümid edir. Trend in "Mediamaks" agentliyinə istinadən xəbər verdiyi kimi, bu barədə Türkiyənin xarici işlər nazirinin müavini Nəbi Şənsoy Lyublyanada ATƏT-in xarici işlər nazirləri Şurasının iclasında bəyan edib.

"Biz Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda nəzərə çarpan irəliləyişləri alqışlayır və ümid edirik ki, 2006-cı ildə bunun nəticəsini görəcəyik. Türkiyə münaqişənin Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyinə əsaslanmış qəti həllinin fəal təşviqinə yönəldilmiş səylər göstərməkdə davam edəcək", - deyə o qeyd edib.

Ukraynanın xarici işlər naziri Boris Tarasyuk isə çıxış edərək bildirib ki, "münaqişənin dövlətin müstəqilliyi, ərazi bütövlüyü və sərhədlərin pozulmazlığı prinsipləri əsasında, həmçinin, BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in qərarlarına uyğun olaraq həll edilməsi Kiyevin prinsipial mövqeyini əks etdirir. Azərbaycanda münaqişənin sülh yolu ilə həlli prosesində müsbət addımlar bizi ruhlandırır", - deyə o bəyan edib.

Xəbər lenti

Xəbər lenti