...

Qazax rayonu ərazisində qoşunların təmas xəttində keçirilmiş monitorinq zamanı insident qeydə alınmayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Fevral 2006 17:12 (UTC +04:00)

Fevralın 7-də Qazax rayon ərazisində qoşunların təmas xəttində keçirilmiş monitorinq zamanı insident qeydə alınmayıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis əvəzi İlqar Verdiyev məlumat verib.

Qeyd edək ki, monitorinq ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Qazax rayonunun Məzəmli kəndi yaxınlığında keçirilib. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik, onun səhra köməkçiləri Oleksandr Samarski və Jiri Aberle keçirib.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Harri Eronen, Piter Ki və İmre Palantinus keçirib.

Xəbər lenti

Xəbər lenti