...

ATƏT PA-nın nümayəndəsi Qoran Lenmarkerin Dağlıq Qarabağla bağlı məruzəsi yenidən müzakirə ediləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2006 15:45 (UTC +04:00)

ATƏT-in Parlament Assambleyasının (PA) Dağlıq Qarabağ üzrə məruzəçisi Qoran Lenmarker martın sonlarında Azərbaycana gələcək. Bu barədə Trend ə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Eldar İbrahimov bildirib.

E.İbrahimov qeyd edib ki, nümayəndə heyətimizin üzvləri fevralın 23-27-də ATƏT PA-nın Vyanada keçirilən 5-ci qış sessiyasında Q.Lenmarkerlə görüşüb. Q.Lenmarker onlara bildirib ki, Ermənistanda olduğundan noyabrın 6-da Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edə bilməyib. Millət vəkili bildirib ki, razılığa əsasən Q.Lenmarker martın sonlarında Azərbaycana gələcəyini bildirib.

Dağlıq Qarabağla bağlı hazırladığı məruzənin yenidən Azərbaycanda müzakirə ediləcəyini deyən E.İbrahimov daha sonra bildirib: "Qoran Lenmarker istəyirdi ki, erməni deputatlarını bizimlə görüşdürüb hazırladığı məruzəni birlikdə müzakirə edək". Millət vəkili vurğulayıb ki, Q.Lenmarkerin Azərbaycana səfərində qaçqın və köçkünlərlə görüşü də gözlənilir. E.İbrahimov daha sonra bildirib ki, Q.Lenmarker Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Robert Koçaryanın Rambuye danışıqlarına da toxunub: "O, Azərbaycan dövlət başçısının danışığını, davranışını yüksək qitymətləndirib".

Xəbər lenti

Xəbər lenti