...

Son iki gün ərzində Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Mart 2006 14:42 (UTC +04:00)

Martın 5 və 6-da Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub. Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Martın 5-də saat 21.45-də Noyamberan rayonunun Boqanuş Ayrım kəndinin 0,4 km cənub-şərqində yerləşən düşmən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Quşçu Ayrım kəndi sahəsindəki mövqeləri pulemyotlardan atəşə tutulub.

Martın 6-da saat 02.00-da və 03.10-da İcevan rayonunun Berkaber kəndinin 1,5 km şimal-şərqində yerləşən düşmən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızıl Hacılı kəndi sahəsindəki mövqeləri avtomatlardan və pulemyotlardan atəşə tutulub.

Elə həmin gün saat 02.10-da Qazax rayonunun Cəfərli kəndinin 1,6 km cənubunda yerləşən düşmən mövqelərindən, saat 03.05-də isə Qazax rayonunun Aşağı Əskipara kəndinin 0,5 km cənubunda yerləşən düşmən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqeləri avtomatlardan atəşə tutulub.

Cavab atəşilə düşmən susdurulub, itki yoxdur.

Xəbər lenti

Xəbər lenti