Aprelin 4-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəsi təkrar pozub. Trend in xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Saat 14.55-dən 15.00-dək Noyamberyan rayonunun Voskevan kəndinin 3 km şimalındakı düşmən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığında yerləşən mövqeləri avtomat və pulemyotlardan atəşə tutulub.
Cavab atəşilə düşmən susdurulub, itki yoxdur.