...

Prezidentlər Buxarestdə bir mürəkkəb məsələ ətrafında razılığa gələ bilmədilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyun 2006 15:10 (UTC +04:00)

Ermənistanın Xarici işlər naziri Vardan Oskanyan Azərbaycan və Ermənistanın 2006-cı ildə Dağlıq Qarabağ münaqişəsinin nizama salınma prinsipləri haqqında razılıq əldə etməyə nail olacaqlarını istisna etmir.

Bu gün Mediamaks agentliyinin sualına cavab verən XİN başçısı deyib ki, "heç nəyi istisna etmək olmaz". O qeyd edib: "Necə deyərlər, ümid axırda ölür".

Ermənistanın XİN başçısı deyib ki, iyunun 4-5-də Buxarestdə baş tutmuş Əliyev -Koçaryan danışıqlarının yekununa görə, dövlət başçıları yeni görüş haqqında razılığa gəlməyiblər.

Vardan Oskanyan deyib: "Tərəflər razılaşıblar ki, əgər ATƏT-in Minsk qrupunun həmsədrləri öz məsləhətləşmələrindən sonra Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünü zəruri hesab etsələr, o zaman bu görüş baş tutacaq". Bu zaman o qeyd edib ki, onun Azərbaycanlı həmkarı ilə gözlənilən görüşünün vaxtı hələ müəyyən olunmayıb, "hər şey vasitəçilərin qərarından asılıdır".

Vardan Oskanyan bildirib: "Rambuyedə olduğu kimi, prezidentlər Buxarestdə də bir mürəkkəb məsələ ətrafında razılığa gələ bilməyiblər".

Xəbər lenti

Xəbər lenti