...

Bakı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqları davam etdirməyə hazırdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 İyul 2006 14:12 (UTC +04:00)

Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi üzrə danışıqları davam etdirməyə hazırdır. Trend in verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov xəbər verib.

Onun sözlərinə görə, lazım gələrsə, Azərbaycan tərəfi, o cumlədən şəxsən özü, istənilən yerdə görüşməyə və məsələni müzakirə etməyə hazırdır. "Lakin görüş görüşmək naminə keçirilməməlidir. Hər hansı bir nəticə olmalıdır, biz irəliyə doğru getdiyimizi hiss etməliyik", - deyə nazir bildirib.

Həmsədrlərin "təşəbbüs indi tərəflərin əlindədir" bəyanatını şərh edərkən, E.Məmmədyarov bildirib ki, "həmsədrlər ona görə həmsədrdirlər ki, onlar tərəflərə qarşı təklif irəli sürür və tərəflərin mövqelərini müqayisə edirlər". Onun sözlərinə görə, əgər həmsədrlərə ehtiyac duyulmasaydı, Bakı çoxdan erməni tərəfi ilə danışıqlar masasına oturar və problemi həll edərdi.

"Mən bu məsələdə nikbinəm. Gec və ya tez bu problem həll olunacaq. Lakin məsələnin tezliklə həll olunmasını istəyirik, çünki, ilk növbədə, Azərbaycanda bu qədər qaçqın və məcburi köçkün var və onlar öz doğma yurdlarına qayıtmalıdırlar. İnanıram ki, biz bu məsələni nə yolla olursa-olsun, həll edəcəyik", - deyə E.Məmmədyarov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti