...

Yuri Merzlyakov: Hələlik heç bir tərəfdən müsbət addım yoxdur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyul 2006 15:18 (UTC +04:00)

Hələlik Dağlıq Qarabağ münaqişəsilə bağlı tərəflər heç bir müsbət addım atmayıb. Bu barədə Trend ə Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov eksklüziv olaraq bildirib.

Azərbaycan və Ermənistan prezidentlərinin "böyük səkkizliy"in zirvə görüşünə dəvət olunması ilə bağlı bəzi siyasətçilərin məyus olmasına toxunan diplomat deyib ki, "prezidentləri zirvə görüşünə dəvət etməyin mənası yoxdur". Onun sözlərinə görə, tərəflər yalnız razılığa gəldikdə dəstəklənəcək. "Belə bir yüksək görüşdə bu məsələni müzakirə etmək də lazım deyildi. Axı biz son iki görüşdə razılığa gəlməyə çalışdıq, lakin bu alınmadı" - deyə Y.Merzlyakov vurğulayıb.

Səfir xatırladıb ki, "səkkizlik" Ermənistan və Azərbaycanı siyasi iradə göstərərək artıq 2006-cı ildə Dağlıq Qarabağ üzrə razılığa gəlməyə və xalqlarını müharibəyə deyil, sülhə hazırlamağa çağırıb.

Diplomat deyib ki, ATƏT Minsk Qrupunun həmsədrləri münaqişə tərəflərinə təkliflər təqdim edib ki, bu təkliflərə cavab gözlənilir.

Bununla yanaşı, Y.Merzlyakov qeyd edib ki, tərəflər arasında növbəti təmasın yaradılmasının həmişə mənası var və "biz bunu etməyə çalışırıq".

Xəbər lenti

Xəbər lenti