...

QAT ermənilərin Xankəndində qondarma forum keçirməsi ilə bağlı etiraz bəyanatı yayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyul 2006 14:58 (UTC +04:00)

İşğalçı Ermənistan Azərbaycanın zəbt edilmiş Xankəndi şəhərində iyulun 26-da "dünya erməni gənclərinin forumu" adlı qondarma tədbir keçirməyə hazırlaşır. Bu barədə Trend ə Qarabağ Azadlıq Təşkilatından (QAT) məlumat verilib.

QAT Ermənistanın növbəti dəfə qeyri-konstruktiv addımı ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, bu tədbir də ermənilərin separatçı rejimi təbliğ etmək üçün təşkil etdikləri şoudan başqa bir şey deyil: "Ermənistan bu hərəkətləri ilə beynəlxalq hüquq normalarına, nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri qətnamə və qərarlara hörmətsizliyini bir daha nümayiş etdirir. Biz erməni millətindən olan vətəndaşlarının bu qondarma tədbirə göndərilməsinə şərait yaradacaq ayrı-ayrı ölkələrin hökumətlərini də xəbərdarlıq edirik ki, onlar bu mövqeləri ilə Ermənistanın işğalçılığına bəraət qazandırırlar. Azərbaycanın isə suveren hüquqlarına, ərazi bütövlüyünə hörmətsizlik göstərirlər"-deyə bəyanatda qeyd olunur.

Həmçinin bildirilir ki, Azərbaycan hakimiyyəti ermənilərin mərkrli niyyətlərinin qarşısını almaq üçün qəti addımlar atmalıdır. Beynəlxalq təşkilatlar isə Azərbaycanın işğal edilmiş ərazisində ermənilərin belə tədbirlər keçirməsinə imkan verməməlidir. QAT həmçinin bəyan edib ki, erməni əsilli vətəndaşları Xankəndində keçiriləcək qondarma tədbirdə iştirak edəcək ölkələrin Bakıdakı səfirliklərinin fəaliyyətinin dayandırılması tələbini gündəmə gətirəcək.

Xəbər lenti

Xəbər lenti